Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MACARISTAN ÖLKƏMİZLƏ HÜQUQİ ƏMƏKDAŞLIĞA BÖYÜK ÖNƏM VERİR

Aprelin 7-də Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Jolt Çutora ilə görüşmüşdür.

Azərbaycan və Macarıstan arasında hərtərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirən nazir, iki ölkənin Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu layihəsinin hazırlandığını qeyd edərək, əlaqələrin genişləndirilməsinin və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulamışdır. Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu məhkəmə və ədliyyə, o cümlədən penitensiar islahatlara beynəlxalq marağın artdığını söyləmişdir.

Oxşar tarixi köklərə malik xalqlarımız arasında dostluq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edən səfir Macarıstanın respublikamızla hərtərəfli, o cümlədən hüquqi əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini qeyd etmiş, ədliyyə sahəsində əməkdaşlığa dair sənədin imzalanması üçün Macarıstan nazirinin ölkəmizə bu il səfər etmək arzusunda olduğunu bildirmişdir. Görüşdə qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə olunaraq, maraq kəsb edən digər məsələlər üzrə faydalı fikir mübadiləsi aparılmışdır.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

Çap et

07.04.2011
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az