Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
KORRUPSİYA İLƏ MÜBARİZƏ ÜZRƏ BEYNƏLXALQ TƏCRÜBƏ ÖYRƏNİLİR
Məhkəmə fəaliyyətində korrupsiyaya qarşı effektiv mübarizədə təcrübə mübadiləsi üçün ölkəmizə dəvət edilmiş türkiyəli hakimlər – Engin Durnagöl və Seyfullah Çakmah səfər çərçivəsində Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvləri ilə görüşmüşlər.

Görüşdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə həyata keçirilən məqsədyönlü tədbirlər, o cümlədən hakimliyə namizədlərin ən mütərəqqi üsullarla seçimi və tədrisinin təşkili barədə məlumat verilmiş, dost və qardaş Türkiyə ilə hüquqi sahədə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğu vurğulanmışdır.

Azərbaycana səfərlərindən, o cümlədən hakimlər və prokurorlar üçün korrupsiyaya qarşı mübarizə üzrə keçirilən təlimlərdə iştirak etmələrindən məmnun olduqlarını bildirən qonaqlar, ölkəmizdə məhkəmə sisteminin davamlı inkişafaına nail olunduğunu qeyd etmiş, qarşılıqlı əlaqələrin hər iki tərəf üçün əhəmiyyətini vurğulamışlar.

Tədbirdə məhkəmə fəaliyyətində korrupsiyaya şərait yaradan hallar və onlarla mübarizə, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların seçimi proseduru və digər məsələlərlə bağlı faydalı təcrübə mübadiləsi aparılmış, konkret əməkdaşlıq tədbirləri barədə razılıq əldə edilmişdir.

Səfər çərçivəsində qonaqlar həmçinin, Ali Məhkəmənin fəaliyyəti ilə tanış olmuş, məhkəmənin binasının Avropanın ən gözəl məhkəmə binalarından biri olmasını və belə bir ədalət sarayının inşasının ölkəmizdə məhkəmə hakimiyyətinə verilən böyük önəmin təzahürü olduğunu vurğulamışlar.

Çap et

17.03.2011
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az