Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
HAKİM VƏ PROKURORLARA KORRUPSİYA İLƏ MÜBARİZƏDƏ BEYNƏLXALQ TƏCRÜBƏ TƏDRİS EDİLİR

Ölkə Prezidenti cənab İlham Əliyevin korrupsiyaya qarşı sərt mübarizənin aparılmasına dair tapşırıqlarına uyğun olaraq Məhkəmə-Hüquq Şurası tərəfindən bu sahədə ardıcıl tədbirlər davam etdirilir.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında və məhkəmə səhvlərinin aradan qaldırılmasında tədris kurslarının əhəmiyyəti nəzərə alınaraq Məhkəmə-Hüquq Şurası tərəfindən cari ildə 20-dək davamlı təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Korrupsiya ilə mübarizə sahəsində hakimlərin və prokurorların birgə tədrisinin xüsusi əhəmiyyət kəsb etməsi nəzərə alınaraq Məhkəmə-Hüquq Şurası tərəfindən bu sahədə ayrıca ixtisasartırma kursu təşkil edilmiş, təcrübə mübadiləsi məqsədilə yüksək ixtisaslı türkiyəli mütəxəssislər dəvət edilmişlər.

Bu gün türkiyəli hakimlər–Engin Durnagöl və Seyfullah Çakmah tərəfindən İnteraktiv metodlarla keçirilən təlimlərə başlanılmışdır.

Məhkəmə-Hüquq Şurasının Korrupsiyaya qarşı mübarizə sektorunun əməkdaşlarının da iştirak etdiyi kurslarda korrupsiyaya şərait yaradan hallar və onlarla mübarizə üzrə türkiyə təcrübəsi, hakimlərin və prokurorların peşə etikası məsələləri barədə mühazirələr dinlənilmiş, yaranan problemlər və onların həlli yolları üzrə səmərəli fikir mübadiləsi və müzakirələr keçirilmişdir.

Çap et

16.03.2011
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az