Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
AZƏRBAYCANLA MƏRAKEŞ ARASINDA HÜQUQİ ƏMƏKDAŞLIQ İNKİŞAF EDİR

Ölkəmizdə səfərdə olan Mərakeşin Ədliyyə Naziri Məhəmməd Nəsiri Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvləri ilə görüşmüşdür.

Qonağı Məhkəmə-Hüquq Şurasında səmimi salamlayan Şura üzvü, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynov Mərakeş Ədliyyə Nazirinin səfəri çərçivəsində iki dövlət arasında qarşılıqlı hüquqi yardım haqqında müqavilələrin, ədliyyə orqanları arasında əməkdaşlığın inkişafına xidmət edən sənədlərin imzalanmasını yüksək dəyərləndirmiş, bunun hər iki tərəf üçün əhəmiyyətini vurğulamışdır.

Görüşdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən çoxşaxəli hüquqi islahatlar qeyd edilmiş, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti və onun hüquq sisteminin inkişafında rolu, hakimlərin müstəqilliyinin təmin edilməsi, peşəkar tədrisi məsələlərinə toxunulmuş, hakimliyə namizədlərin Avropada ən mütərəqqi qaydalarla, şəffaf prosedurlar əsasında seçimi prosesi barədə qonağa məlumat verilmişdir.

Həyata keçirilən məhkəmə-hüquq islahatının mütərəqqi nəticələrinin şahidi olduğunu bildirən qonaq, ölkəsində də hüquqi islahatların aparıldığını diqqətə çatdırmış, Mərakeşin hüquq sistemi, məhkəmələrin fəaliyyəti barədə ətraflı məlumat vermiş, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin səmərəsini bildirmiş, bu sahədə konkret tədbirlər üzrə fikir mübadiləsi aparılmışdır.

Faydalı müzakirələr şəraitində keçən görüşdə Şura üzvləri Şəlalə Məmmədova, Azər Cəfərov, Hakimlərin Seçki Komitəsinin üzvləri İman Nağıyev və Cavid Hüseynov iştirak etmişlər.

Çap et

15.03.2011
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az