Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ FƏALİYYƏTİNDƏ KORRUPSİYAYA ŞƏRAİT YARADAN HALLARLA BAĞLI QƏTİ TƏDBİRLƏR GÖRÜLÜR
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. Fikrət Məmmədovun sədrliyi ilə keçirilən tədbirdə ölkə Prezidenti cənab İlham Əliyevin korrupsiyaya qarşı qəti mübarizənin aparılması ilə bağlı tələbləri vurğulanmış, korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verdiklərinə görə 17 hakim barədə intizam icraatlarının başlanılması, o cümlədən 8 nəfərin səlahiyyətlərinə xitam verilməsi və ya aşağı işə keçirilməsi qeyd edilmişdir.

Həmçinin, iclasda Şuranın Korrupsiyaya qarşı mübarizə Sektoru tərəfindən aparılmış araşdırmalar nəticəsində 3 hakim barədə başlanılmış intizam icraatlarına baxılmış, insan haqlarının kobud pozulması, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni manelər yaradılması, süründürməçilik və digər nöqsanlara yol verilməsi ilə əlaqədar Gədəbəy rayon məhkəməsinin hakimi Hüseyn Hüseynovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin hakimi Marif Kazımovun intizam qaydasında iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilmiş, Mingəçevir şəhər məhkəməsinin sədri Fərhad Əfəndiyevə töhmət verilmişdir.

Çap et

04.03.2011
 






© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az