Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
ALMANİYA İLƏ HÜQUQİ ƏMƏKDAŞLIQ İNKİŞAF EDİR

Fevralın 23-də Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Herbert Kvelle və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) məsul nümayəndələri ilə görüşmüşdür.

Azərbaycan və Almaniya arasında dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafını bildirən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan islahatları, xüsusilə ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, bu sahədə mühüm rolu olan hakimlərin ən şəffaf qaydalarla seçimi və inzibati məhkəmələrinin yaradılması üzrə görülən işlər barədə məlumat vermiş, islahatlarda GİZ-in fəal iştirakını qeyd etmişdir.


Ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olmasını məmnunluqla bildirən səfir ümummilli lider Heydər Əliyevin hüquqi dövlətin quruculuğu üzrə ideyalarının uğurla icrasının şahidi olduğunu vurğulamış, GİZ-in ölkəmizə yeni təyin olunmuş layihə rəhbərlərini təqdim etmişdir. Qonaqlar GİZ ilə Azərbaycan arasında hüquqi əlaqələri təqdir etmiş, Ədliyyə Nazirliyi ilə uğurlu əməkdaşlığa görə minnətdarlıqlarını ifadə edərək, qarşılıqlı fəaliyyətin bundan sonra da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəklərini söyləmişlər.

Görüşdə həmçinin, gələcək fəaliyyətin prioritetləri müəyyən olunaraq konkret təkliflər irəli sürülmüşdür.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

Növbəti gün GİZ nümayəndələri Məhkəmə-Hüquq Şurası aparatında olmuş, konkret əməkdaşlıq tədbirləri üzrə razılıq əldə edilmişdir.

Çap et

23.02.2011
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az