Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ MƏLUMATI

Ölkə Prezidenti cənab İlham Əliyevin 13 dekabr 2010-cu il tarixli Sərəncamı ilə yeni yaradılmış regional ağır cinayətlər, inzibati-iqtisadi və həmçinin bəzi digər məhkəmələrin sədrləri təyin olunmuşlar və yeni məhkəmələr 2011-ci ilin yanyar ayının 1-dən fəaliyyətə başlayacaqlar.

Dövlət başçısının qeyd edilən sərəncamından irəli gələn məsələlər Məhkəmə-Hüquq Şurasında Şuranın sədri, Ədliyyə Naziri Fikrət Məmmədovun, Ali Məhkəmənin sədri Ramiz Rzayevin və yeni təyin olunmuş məhkəmə sədrlərinin iştirakı ilə geniş müzakirə edilmişdir.

Tədbirdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə dövlət başçısının rəhbərliyi ilə aparılan islahatların, o cümlədən cari ildə yeni regional ağır cinayətlər və inzibati-iqtisadi məhkəmələrin yaradılmasının, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsinin məhkəmə fəaliyyətinin inkişafında rolu qeyd edilmiş, həmin məhkəmələrin fəaliyyətlərinin günün tələbləri səviyyəsində qurulması üçün təşkilati tədbirlər nəzərdən keçirilmişdir.

Həmçinin iclasda, insan haqlarının etibarlı təmin olunmasında yeni məhkəmələrin üzərinə düşən mühüm vəzifələr, bu sahədə məhkəmə sədrlərinin yüksək məsuliyyəti qeyd edilmiş, vətəndaşların haqlı narazılığına səbəb olan nöqsan və çatışmazlıqların qətiyyətlə aradan qaldırılması zərurəti vurğulanmış, mövcud problemlərlə maraqlanılmış, konkret tapşırıqlar müəyyən edilmişdir.

Yeni təyin olunmuş məhkəmə sədrləri tədbirdə çıxış edərək onlara göstərilmiş etimada görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə etmiş, mövcud nöqsanların aradan qaldırılması üçün əzmkarlıqla çalışacaqlarını, ədalət mühakiməsini həyata keçirərkən qanunun aliliyini və hakimin yüksək adını daim uca tutacaqlarını bildirmişlər.

Çap et

17.12.2010
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az