Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ MƏLUMATI
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. İclasda dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü həyata keçirilən məhkəmə islahatlarının ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və məhkəmə sisteminin inkişafına əsaslı təsir göstərdiyi bildirilmiş, onun müsbət nəticələri vurğulanmışdır.

Qeyd edilmişdir əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və regionlarda hüquq institutlarının inkişafı məqsədilə cari ildə yeni məhkəmələrin - ağır cinayətlərə dair işlər üzrə respublika məhkəməsinin əsasında ölkənin dörd əlavə bölgəsində regional ağır cinayətlər məhkəmələrinin, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədilə yeddi bölgədə inzibati-iqtisadi məhkəmələrin yaradılması, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsi, hakimlərin iş yükünün azaldılması məqsədilə hakim ştatlarının sayının son illər ərzində 2 dəfə artırılması məhkəmə sisteminin müasirləşdirilməsi və fəaliyyətinin daha da yaxşılaşdırılmasında mühüm addımlar olmuşdur.

Həmçinin, hakimlərin seçilməsinin çoxpilləli imtahan və uzunmüddətli tədris kursundan ibarət olmaqla Avropada ən mütərəqqi qaydası müəyyən edilmiş, son illər ərzində 235 nəfər, o cümlədən cari ildə 78 nəfər yüksək hazırlıqlı hüquqşünas bu qaydalarla seçilərək müxtəlif hakim vəzifələrinə təyin edilmişlər. Hazırda hakim korpusunun 50 faizini, o cümlədən Bakı şəhərinin rayonları üzrə 80 faizini məhz bu hakimlər təşkil edir.

Qanunvericiliyə müvafiq olaraq yeni yaradılmış regional ağır və inzibati-iqtisadi məhkəmələrin 2011-ci ilin yanvar ayından fəaliyyətə başlamasının nəzərdə tutulması ilə əlaqədar bu sahədə görülmüş işlər Məhkəmə-Hüquq Şurasının iclasında müzakirə olunmuşdur.

Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda yeni yaradılmış məhkəmələrin fəaliyyətə başlaması məqsədilə qısa müddətdə mühüm təşkilati tədbirlərin həyata keçirilməsi, o cümlədən əhatəli təhlillər aparılaraq hakimlərin ştat sayının və məhkəmə aparatlarının strukturunun müəyyən olunması, yeni inzibati binalar ayrılaraq, əsaslı təmir-tikinti işləri aparılmaqla məhkəmə fəaliyyətinə uyğunlaşdırılması və zəruri təşkilati-texniki avadanlıqla təchiz edilməsi, müvafiq iş şəraitinin yaradılması barədə məlumat verilmişdir.

İclasda yeni yaradılan məhkəmələrin və mövcud vakant ştatların təcrübəli hakimlər hesabına komplektləşdirilməsinin zəruriliyi bildirilmiş, bu məqsədlə hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi aparılmış və ölkə Prezidentinə müvafiq təkliflər verilmişdir.

Tədbirdə həmçinin qanunvericiliyin tələblərinin pozulması hallarına yol verdiklərinə görə 3 hakim barədə intizam icraatları başlanılmışdır.

Çap et

14.12.2010
 






© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az