Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
ƏLİ BAYRAMLI APELLYASİYA MƏHKƏMƏSİNİN, ƏLİ BAYRAMLI YERLİ İQTİSAD MƏHKƏMƏSİNİN, ƏLİ BAYRAMLI ŞƏHƏR MƏHKƏMƏSİNİN VƏ XANLAR RAYON MƏHKƏMƏSİNİN ADLARININ DƏYİŞDİRİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikasının Əli Bayramlı şəhərinin Şirvan şəhəri adlandırılması haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikasının Xanlar rayonunun Göygöl rayonu adlandırılması haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar qərara alıram:

1. Əli Bayramlı Apellyasiya Məhkəməsi, Əli Bayramlı yerli iqtisad məhkəməsi, Əli Bayramlı Şəhər Məhkəməsi və Xanlar Rayon Məhkəməsi müvafiq olaraq Şirvan Apellyasiya Məhkəməsi, Şirvan yerli iqtisad məhkəməsi, Şirvan Şəhər Məhkəməsi və Göygöl Rayon Məhkəməsi adlandırılsınlar.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

2.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 iyun 2008-ci il.

Çap et

02.06.2008
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az