Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ MƏLUMATI
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmələrin iş yükü və əlavə hakimlərə ehtiyacları və həmçinin yüksək instansiya məhkəmələrinə namizədlər barədə təkliflər müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ölkə Prezidentinin tapşırıqlarının icrası ilə bağlı həyata keçirilən kompleks tədbirlər çərçivəsində vətəndaşların haqlı narazılığına səbəb olan qanun pozuntuları və neqativ hallara yol verən hakimlərin məhkəmə sistemindən kənarlaşdırılması, məhkəmə hakimiyyətinin hazırlıqlı və mənəvi cəhətdən saf hakimlərlə komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür.

Ötən il bütün hakim korpusunun fəaliyyətinin prinsipial qiymətləndirilməsi nəticəsində 30-dan çox hakimin səlahiyyətlərinə xitam verilmiş, habelə son iki il ərzində 50-dək hakim barədə intizam icraatı başlanılmış, o cümlədən korrupsiya hüquqpozmalarına yol verdiklərinə görə 3 nəfərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş, 3 nəfər isə aşağı işə keçirilmişdir.

Avropada tətbiq olunan ən mütərəqqi və şəffaf, çoxmərhələli seçim prosedurları ilə keçirilən müsabiqədə müvəffəqiyyət qazanmış və uzunmüddətli tədris kurslarını uğurla başa vurmuş 55 nəfər hakimliyə namizəd ötən il hakim vəzifələrinə təyin edilmişlər.

Eyni zamanda ölkə başçısının 19 yanvar 2006-cı il tarixli Fərmanı ilə yaradılmış regional apellyasiya məhkəmələri təcrübəli hakimlər hesabına komplektləşdirilərək ötən ilin iyul ayından fəaliyyətə başlamış, nəticədə vətəndaşların bu instansiya məhkəməsinə müraciət imkanları asanlaşmış, regionlarda hüquq institutlarının inkişafı üçün hərtərəfli zəmin yaranmışdır.

Hakimlər üçün əxlaq, ədəb tələblərini və peşəkar etika məsələlərini nizamlayan «Hakimlərin Etik Davranış Kodeksi» ötən il qəbul olunmuş, məhkəmələrdə kargüzarlığın aparılmasının yeni, mütərəqqi qaydasının tətbiqinə başlanılmış, bütün məhkəmə aparatlarının daha təkmil strukturları müəyyən olunmuşdur.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında hakimlərin və dövlət ittihamını müdafiə edən prokurorların tədrisinin əhəmiyyəti nəzərə alınaraq ötən il Məhkəmə-Hüquq Şurasının nəzdində xüsusi tədris sektoru yaradılmış, bu sahədə iş beynəlxalq standartlar səviyyəsində yenidən qurulmuşdur. Təkcə bu ilin 5 ayı ərzində 70 nəfər davamlı tədris kurslarında iştirak etmiş, tədris prosesinə nüfuzlu xarici mütəxəssislər cəlb olunmuş, regionlarda keçirilmiş ayrı-ayrı tədris tədbirləri isə bütün hakim korpusunu əhatə etmişdir. Görülmüş tədbirlər hakimlərin peşə hazırlığının artırılmasına, onların insan hüquqları ilə bağlı Avropa dəyərlərinə yiyələnmələrinə imkan yaratmışdır.

Həmçinin iclasda qeyd edilmişdir ki, dövlət başçısının müvafiq fərmanlarına əsasən hakim ştatlarının 50 faiz artırılması hakimlərin iş yükünü və onların fəaliyətində süründürməçilik hallarını azaltmış, işlərə daha keyfiyyətli baxılmasını təmin etmişdir.

Lakin hakim kadrlarının çatışmazlığına görə hakim ştatlarının tam komplektləşdirilməsi mümkün olmamış, bununla əlaqədar hakimliyə namizədlərin növbəti seçim prosesinə başlanılmış və müvəffəqiyyət qazanmış 102 nəfər yarım illik tədris kursu, məhkəmələrdə, o cümlədən xaricdə staj keçmiş və yüksək bilik və peşəyə yəyilənmə qabiliyyəti nümayiş etdirərək sonuncu mərhələyə – yekun müsahibəyə buraxılmışlar.

Hakimliyə namizədlərin seçilməsi prosesini izləyən çoxsaylı beynəlxalq və yerli QHT nümayəndələri onun son dərəcə şəffaf və obyektiv keçirilməsi, bu prosedurun yüksək beynəlxalq tələblərə cavab verməsi və ən layiqli namizədlərin seçilməsi barədə rəylər vermişlər.

Yeni hakim kadrlarının hazırlanması nəzərə alınaraq Məhkəmə-Hüquq Şurasının iclasında yüksək instansiya məhkəmələrində vakant olan ştatların komplektləşdirilməsi mümkün hesab edilmiş, ali və apellyasiya məhkəmələrinə təcrübəli və yüksək mənəvi keyfiyyətlərə malik hakimlərin təyinatı barədə təkliflər verilmişdir.

İclasda həmçinin, vətəndaşların hüquqlarının həyata keçirilməsinə maneələr yaratdıqlarına və digər pozuntulara yol verdiklərinə görə 3 hakim barədə intizam icraatı başlanılmışdır.

Çap et

10.06.2008
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az