Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ FƏALİYYƏTİ TƏKMİLLƏŞİR


Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilən tədbirlər çərçivəsində hakimlərin tədrisi, o cümlədən onların insan hüquqları ilə bağlı beynəlxalq dəyərlərə yiyələnmələri diqqət mərkəzində saxlanılır.

Məhkəmə-Hüquq Şurası tərəfindən ATƏT-nin Bakı Ofisi ilə birgə təşkil edilən "Hakimlər, dövlət ittihamçıları və vəkillər üçün səhnələşdirilmiş məhkəmə treninqi" layihəsi üzrə təlimlər keçirilmişdir.



"Ədalət mühakiməsinə dair beynəlxalq standartların tətbiqinə dair praktiki məsələlər", "Ədalətli məhkəmə araşdırması hüququ" və "Cinayət mühakimə icraatı" mövzularında keçirilən təlimlərdə Fransanın Kolmar şəhər Apellyasiya Məhkəməsinin sədri cənab Jan Jak Hayntzın, Norveçdən olan hakim cənab Jan M. Olsenin, ATƏT-nin Bakı Ofisinin Hüquq məsələləri üzrə eksperti cənab Helge Kaasboellin və yerli mütəxəssislərin çıxışları dinlənilmiş, səmərəli müzakirələr aparılmışdır.

Təlimlərin səhnələşdirilmiş məhkəmə formatında aparılması ədalət mühakiməsinin həyata keçirilməsində beynəlxalq standartların tətbiqinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.

Çap et

07.12.2009
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az