Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
HAKİMLİYƏ NAMİZƏDLƏR TÜRKİYƏDƏ TƏCRÜBƏ KEÇİRLƏR


Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində beynəlxalq standartlara uyğun, tam şəffaf şəraitdə seçilmiş 80 nəfər hakimliyə namizədlə Ədliyyə Akademiyasında keçirilən kurs davam edir. Kurs zamanı namizədlərin hakim olmaq üçün lazımi nəzəri biliyə və peşə hazırlığına yiyələnmələrinə, qabaqçıl beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetirilir.



Türkiyə Ədliyyə Akademiyası ilə səmərəli əməkdaşlıq nəticəsində bütün hakimliyə namizədlər üçün qardaş ölkədə nəzəri və praktiki təlimlər təşkil olunmuşdur.

İki həftə davam edəcək tədbir zamanı hakimliyə namizədlər Türkiyə hüquq sistemi, məhkəmələrin iş mexanizmi, xüsusilə inzibati icraat və inzibati məhkəmələrin fəaliyyəti ilə tanış olacaqlar. Eyni zamanda məhkəmə qərarlarının icrası, elektron idarəetmə, İnsan hüquqları üzrə Avropa Konvensiyasının tətbiqi, bu sahədə beynəlxalq təcrübə və digər aktual mövzular tədris olunacaq, namizədlər insan haqları üzrə elmi konfransda iştirak etməklə həmkarları ilə səmərəli müzakirələr keçirəcəklər.





Artıq hakimliyə namizədlərin 40 nəfərdən ibarət birinci qrupu Ankara şəhərində təlimlərə başlamış, digər qrupun təlimlərinin isə bu ayın 20-dən başlanması nəzərdə tutulur.

Çap et

01.12.2009
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az