Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər davam etdirilir, məhkəmə sistemi müasirləşdirilir, vətəndaşların məhkəmələrə əlçatanlığı asanlaşdırılır, işlərə daha çevik və keyfiyyətlə baxılması, məhkəmələrdə aşkarlığın artırılması və elektron məhkəmə sisteminin tətbiqinin genişləndirilməsi ilə bağlı mühüm işlər görülür.
Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə 2018-ci il dekabrın 28-də qəbul olunmuş qanunlarla Mülki Prosessual Məcəllədə və "Məhkəmələr və hakimlər haqqında" Qanunda edilmiş əsaslı dəyişikliklər məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə, məhkəmə icraatının elektron qaydada aparılmasına, operativliyin və şəffaflığın təmin olunmasına, vətəndaşların məhkəmələrə müraciət imkanlarının genişləndirilməsinə xidmət edir.
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.
Yanvarın 7-də ədliyyə naziri Fikrət Məmmədov Ağdaş rayonu Heydər Əliyev Mərkəzində Ağdaş, Yevlax və Ucar rayonlarından olan vətəndaşların qəbulunu keçirib...
Ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində dövlət başçısının qanunvericilik təşəbbüsü ilə 2018-ci il 28 dekabr tarixdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və "Məhkəmələr və hakimlər haqqında" Qanunda əsaslı dəyişiklikləri nəzərdə tutan yeni qanunlar qəbul olunub.
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində, işin səmərəliliyinin və keyfiyyətinin artırılmasında, iş yükünün azaldılmasında, "elektron məhkəmə" sisteminin tətbiqinin genişləndirilməsində müstəsna əhəmiyyət kəsb edən qanunvericiliyə edilmiş mütərəqqi dəyişikliklər, həmçinin məhkəmələrdə şəffaflığın və aşkarlığın artırılmasına, işlərə daha operativ baxılmasına, vətəndaşların hüquqlarının təmin olunmasına xidmət edəcəkdir.