Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  

ƏSAS SƏHİFƏ

“MƏHKƏMƏLƏR VƏ HAKİMLƏR HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYIŞİKLİK EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASININ 2016-CI İL 31 MAY TARİXLİ 268-VQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI 24.06.2016
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 268-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
   


TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİNİN HAKİMİ E.H.ALLAHVERDİYEVİN İŞ YERİNİN DƏYİŞDİRİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 23.06.2016
Məhkəmə-Hüquq Şurasının təklifini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini və 97-ci maddəsinin ikinci hissəsini rəhbər tutaraq qərara alıram:...
   


AŞPA-NIN HƏMMƏRUZƏÇILƏRİ İLƏ GÖRÜŞ 16.06.2016
İyunun 16-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ilə görüşüb.

Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlığı qeyd edən nazir ölkəmizin Avropa Şurasına üzv qəbul olunduqdan sonra həyata keçirilən demokratik hüquqi islahatlardan danışıb, qanunvericilik bazasının təkmilləşdirilməsi, məhkəmə sisteminin müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülən genişmiqyaslı işlər barədə məlumat verib, Avropa Şurasının Azərbaycan üçün 2014-2016-cı il üzrə Fəaliyyət Planı çərçivəsində müxtəlif sahələr üzrə mühüm layihələrin həyata keçirilməsini qeyd edib...
   


MASALLI RAYON MƏHKƏMƏSİ ÜÇÜN YENİ İNZIBATİ BİNANIN TƏMƏLİ QOYULUB 15.06.2016
Ölkəmizdə müstəqil məhkəmə sisteminin formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları nəticəsində məhkəmə sistemi xeyli təkmilləşib, yeni məhkəmələr yaradılıb, hakimlərin seçimində ən şəffaf qaydalar tətbiq edilir, onların tədrisi ən qabaqcıl metodikalarla aparılır.

Eyni zamanda ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə məhkəmələrin yüksək statusuna uyğun müasir infrastruktur yaradılır, elektron məhkəmənin tətbiqi üzrə ardıcıl işlər görülür...
   


AZƏRBAYCAN VƏ RUSİYA ARASINDA HÜQUQİ ƏLAQƏLƏR GENİŞLƏNİR 10.06.2016
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin inkişafı çərçivəsində hüquqi əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət verilir. 2001-ci ildə Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş imzalanaraq, hüquqi əməkdaşlığın genişləndirilməsinə təkan verilib, müqavilə-hüquq bazası möhkəmləndirilib, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və birgə tədbirlər keçirilib.

İyunun 9-da Rusiyanın ədliyyə naziri Aleksandr Konovalov Azərbaycanda səfərdə olub. Rusiyalı nazir Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə əklik qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılaraq, məzarı üzərinə tər çiçəklər düzülüb. Qonaq həmçinin, Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət edərək Əbədi məşəl abidəsi önünə əklil qoyub...
   


HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ TEST İMTAHANI KEÇİRİLMİŞDİR 09.06.2016
Ölkəmizdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə dövlət başçısının tapşırıqlarına əsasən görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə, ən müasir beynəlxalq tələblər səviyyəsində seçimi həyata keçirilir.

Son illər ərzində yeni mütərəqqi qaydalara uyğun, çoxmərhələli seçim prosedurları nəticəsində 2600 namizəd sırasından 300-dən çox yüksək hazırlıqlı hüquqşünas yazılı və şifahi imtahanları, habelə uzunmüddətli tədris kurslarını müvəffəqiyyətlə...
   


HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI 06.06.2016
Mətbuatda məlumat verildiyi kimi hakimliyə namizədlərlə test imtahanı iyun ayının 9-da bütün namizədlərlə vahid auditoriyada – "Bakı Kristal Zalı"nın Mətbuat Mərkəzində keçiriləcəkdir.

Bununla əlaqədar hakimliyə namizədlər «İmtahana buraxılış vərəqəsi»ni almağa dəvət olunurlar...
   


AVROPA PARLAMENTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ 03.06.2016
İyunun 3-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Parlamentində liberal-demokratlardan ibarət fraksiya - ALDE qrupun vitse-sədri, "Şərq Tərəfdaşlığı" Proqramının Azərbaycan üzrə məruzəçisi Norika Nikolai və Avropa Parlamentinin üzvü İveta Qriqule ilə görüşüb.

Görüşdə Azərbaycanın Avropa strukturları ilə qərəzsiz əməkdaşlığa açıq olduğu vurğulanıb, ölkəmizdə həyata keçirilən islahatlar, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsi ...
   


Ə.M.ABASOVUN BAKI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİNİN HAKİMİ TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLIKASİ PREZİDENTİNİN SƏRƏNCAMI 03.06.2016
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:
    Əliövsəd Məzahir oğlu Abasov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin...
   


H.Q.SƏLİMOVUN BALAKƏN RAYON MƏHKƏMƏSİNİN HAKİMİ TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 03.06.2016
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:
    Hümbət Qamuna oğlu Səlimov Balakən Rayon Məhkəməsinin hakimi təyin edilsin.
   


 Səhifə:   Birinci ... 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 ... Son


 




© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az