Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  

ƏSAS SƏHİFƏ

MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ AVROPA MƏHKƏMƏSİNİN SƏDRİ İLƏ GÖRÜŞÜB 13.12.2016
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının etibarlı təmin olunması istiqamətində məqsədyönlü işlər aparılır, bu sahədə qanunvericilik və institusional tədbirlər görülüb, ölkəmiz bütün mühüm konvensiyalara qoşulub, nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən BMT, Avropa İttifaqı, Avropa Şurası ilə səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının və Avropa Məhkəməsinin təcrübəsini ehtiva edən presedent hüququnun öyrənilməsi və tətbiqi ilə bağlı Avropa hakimləri ilə birbaşa təmasın böyük səmərəsi nəzərə alınaraq bu Məhkəmə ilə fəal əməkdaşlıq edilir, mütəmadi olaraq birgə müxtəlif təlimlər keçirilir.

Avropa Məhkəməsi ilə əlaqələrin davamı olaraq bu günlərdə Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun Strasburqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Guido Raymondi ilə görüşü olub...
   


MƏHKƏMƏLƏR VƏ HAKİMLƏR HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 30.11.2016
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 413; 1999, № 5, maddə 284, № 7, maddə 396, № 10, maddə 570; 2001, № 5, maddə 292, № 6, maddə 379, № 7, maddə 455; 2002, № 1, maddə 4, № 12, maddə 706; 2003, № 6, maddə 278; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199, № 8, maddələr 597, 598, № 9, maddə 669; 2005, № 1, maddə 7, № 8, maddə 686; 2006, № 1, maddə 4, № 12, maddə 1005; 2007, № 5, maddələr 439, 446, № 7, maddə 712, № 11, maddə 1078, № 12, maddə 1222; 2008, № 3, maddə 163, № 7, maddə 609; 2009, № 2, maddə 46, № 11, maddə 878; 2010, № 7, maddə 596, № 10, maddə 842; 2011, № 4, maddə 265; 2013, № 1, maddə 21; 2014, № 2, maddə 85, № 7, maddələr 782, 784; 2015, № 2, maddə 98, № 4, maddə 346, № 5, maddə 483, № 11, maddə 1286; 2016, № 6, maddə 1004) aşağıdakı dəyişikliklər...
   


“MƏHKƏMƏLƏR VƏ HAKİMLƏR HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASININ 2016-CI İL 28 OKTYABR TARİXLİ 377-VQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 30.11.2016
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 377-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ YEVLAX RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİB 25.11.2016
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq noyabrın 25-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Yevlax rayonunda Yevlax, Bərdə rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşların qəbulunu keçirib.
   


GİZ İLƏ HÜQUQİ SAHƏDƏ FAYDALI ƏMƏKDAŞLIQ DAVAM EDİR 24.11.2016
Ədliyyə Nazirliyində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma" regional proqramının rəhbəri Tomas Meyer, Azərbaycan üzrə layihənin sabiq rəhbəri Tomas Herman və onu əvəz edən Filip Yan ilə görüş keçirilib.

Ədliyyə nazirinin müavini Azər Cəfərovla keçirilən görüşdə GİZ-in respublikamızla səmərəli əməkdaşlığından məmnunluq ifadə olunub, ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarından, bu sahədə GİZ-lə birgə həyata keçirilən layihənin uğurlu nəticələrindən bəhs edilib.

Sonra ədliyyə naziri Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov GİZ-in nümayəndələrini qəbul edib...
   


HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ ŞİFAHİ İMTAHANA BAŞLANILMIŞDIR 16.11.2016
Müşahidəçilərin iştirakı ilə, açıq şəkildə keçirilən imtahanlar zamanı namizədlərə hüquq sahəsinə aid suallar verilir, habelə onların bilik səviyyəsi ilə yanaşı məntiqi nəticələ çıxarmaq qabiliyyəti, ümumi dünya görüşü müəyyən edilir.

Hakimliyə namizədlərlə şifahi imtahanlar 10.12.2016-cı il tarixədək davam edəcəkdir...
   


HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI 10.11.2016
Ölkəmizdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə dövlət başçısının tapşırıqlarına əsasən həyata keçirilən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin seçimi davam edir.

Mətbuatda xəbər verildiyi kimi hakim olmaq üçün namizədliyini irəli sürmüş 800-dən çox hüquqşünasla “Bakı Kristal Zalı”nda test imtahanı, habelə həmin imtahanda müvəffəqiyyət qazanmış 359 nəfər namizədlə yazılı imtahan təşkil olunmuşdur.

Bütün namizədlərlə bərabər şəraitdə, vahid zalda keçirilən bu imtahanlar çoxsaylı müşahidəçilər və KİV nümayəndələri tərəfindən tam izlənilmiş, şəffaflığın təmin edilməsi məqsədilə proseslər “onlayn” rejimində internet vasitəsilə birbaşa yayımlanmışdır.

Yazılı imtahanın nəticələrinə görə 176 nəfər müsabiqənin növbəti mərhələsinə – şifahi imtahana buraxılmışdır. 183 nəfər isə müvafiq bal toplaya bilməmiş və onlardan 7 nəfəri imtahan nəticələrinin iştirakları ilə yenidən araşdırılmasını xahiş etmişdir...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ AĞSU RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİB 28.10.2016
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq oktyabrın 28-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Ağsu rayonunda Ağsu və ətraf rayonlardan olan vətəndaşların qəbulunu keçirib...
   


HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI 21.10.2016
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə prezidentinin tapşırıqlarına əsasən görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf prosedurlar əsasında, müasir beynəlxalq tələblər səviyyəsində seçimi üzrə müsabiqə davam edir.

Mətbuatda xəbər verildiyi kimi test imtahanında müvəffəqiyyət qazanmış 359 nəfər hakimliyə namizədlə bərabər şəraitdə, vahid zalda yazılı imtahan keçirilmiş, imtahan zamanı cinayət və mülki sahələr üzrə 2 kazus xarakterli sual 4 saat ərzində...
   


ƏDLİYYƏ NAZİRİ, MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ BEYNƏLXALQ İSTANBUL HÜQUQ KONQRESİNDƏ İŞTİRAK EDİB 20.10.2016
Oktyabrın 17-19-da Türkiyə Respublikası Prezidentinin himayəsi altında Beynəlxalq İstanbul Hüquq Konqresi keçirilib.

Türkiyə Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş Konqresdə 40-a yaxın ölkədən 1100-dən çox nümayəndə, o cümlədən ədliyyə nazirləri, habelə Konstitusiya və Ali məhkəmələrin sədrləri, baş prokurorlar, ədliyyə akademiyalarının rəhbərləri, tanınmış hüquqşünaslar və alimlər iştirak ediblər...
   


 Səhifə:   Birinci ... 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 ... Son


 




© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az