Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  

ƏSAS SƏHİFƏ

GİZ İLƏ HÜQUQİ SAHƏDƏ FAYDALI ƏMƏKDAŞLIQ DAVAM EDİR 24.11.2016
Ədliyyə Nazirliyində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma" regional proqramının rəhbəri Tomas Meyer, Azərbaycan üzrə layihənin sabiq rəhbəri Tomas Herman və onu əvəz edən Filip Yan ilə görüş keçirilib.

Ədliyyə nazirinin müavini Azər Cəfərovla keçirilən görüşdə GİZ-in respublikamızla səmərəli əməkdaşlığından məmnunluq ifadə olunub, ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarından, bu sahədə GİZ-lə birgə həyata keçirilən layihənin uğurlu nəticələrindən bəhs edilib.

Sonra ədliyyə naziri Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov GİZ-in nümayəndələrini qəbul edib...
   


HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ ŞİFAHİ İMTAHANA BAŞLANILMIŞDIR 16.11.2016
Müşahidəçilərin iştirakı ilə, açıq şəkildə keçirilən imtahanlar zamanı namizədlərə hüquq sahəsinə aid suallar verilir, habelə onların bilik səviyyəsi ilə yanaşı məntiqi nəticələ çıxarmaq qabiliyyəti, ümumi dünya görüşü müəyyən edilir.

Hakimliyə namizədlərlə şifahi imtahanlar 10.12.2016-cı il tarixədək davam edəcəkdir...
   


HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI 10.11.2016
Ölkəmizdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə dövlət başçısının tapşırıqlarına əsasən həyata keçirilən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin seçimi davam edir.

Mətbuatda xəbər verildiyi kimi hakim olmaq üçün namizədliyini irəli sürmüş 800-dən çox hüquqşünasla “Bakı Kristal Zalı”nda test imtahanı, habelə həmin imtahanda müvəffəqiyyət qazanmış 359 nəfər namizədlə yazılı imtahan təşkil olunmuşdur.

Bütün namizədlərlə bərabər şəraitdə, vahid zalda keçirilən bu imtahanlar çoxsaylı müşahidəçilər və KİV nümayəndələri tərəfindən tam izlənilmiş, şəffaflığın təmin edilməsi məqsədilə proseslər “onlayn” rejimində internet vasitəsilə birbaşa yayımlanmışdır.

Yazılı imtahanın nəticələrinə görə 176 nəfər müsabiqənin növbəti mərhələsinə – şifahi imtahana buraxılmışdır. 183 nəfər isə müvafiq bal toplaya bilməmiş və onlardan 7 nəfəri imtahan nəticələrinin iştirakları ilə yenidən araşdırılmasını xahiş etmişdir...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ AĞSU RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİB 28.10.2016
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq oktyabrın 28-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Ağsu rayonunda Ağsu və ətraf rayonlardan olan vətəndaşların qəbulunu keçirib...
   


HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI 21.10.2016
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə prezidentinin tapşırıqlarına əsasən görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf prosedurlar əsasında, müasir beynəlxalq tələblər səviyyəsində seçimi üzrə müsabiqə davam edir.

Mətbuatda xəbər verildiyi kimi test imtahanında müvəffəqiyyət qazanmış 359 nəfər hakimliyə namizədlə bərabər şəraitdə, vahid zalda yazılı imtahan keçirilmiş, imtahan zamanı cinayət və mülki sahələr üzrə 2 kazus xarakterli sual 4 saat ərzində...
   


ƏDLİYYƏ NAZİRİ, MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ BEYNƏLXALQ İSTANBUL HÜQUQ KONQRESİNDƏ İŞTİRAK EDİB 20.10.2016
Oktyabrın 17-19-da Türkiyə Respublikası Prezidentinin himayəsi altında Beynəlxalq İstanbul Hüquq Konqresi keçirilib.

Türkiyə Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş Konqresdə 40-a yaxın ölkədən 1100-dən çox nümayəndə, o cümlədən ədliyyə nazirləri, habelə Konstitusiya və Ali məhkəmələrin sədrləri, baş prokurorlar, ədliyyə akademiyalarının rəhbərləri, tanınmış hüquqşünaslar və alimlər iştirak ediblər...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASININ İCLASI KEÇİRİLMİŞDİR 17.10.2016
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. İclasda çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov ötən ay yüksək demokratik standartlar səviyyəsində keçirilmiş referendumun ölkəmizin gələcək inkişafı, insan hüquqlarının daha etibarlı təminatı, dövlət idarəçiliyinin təkmilləşdirilməsi baxımından...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ AĞCABƏDI RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİB 30.09.2016
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq sentyabrın 30-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Ağcabədi rayonu Mədəniyyət Mərkəzində Ağcabədi, Beyləqan və İmişli rayon sakinlərinin, habelə digər bölgələrdən olan vətəndaşların qəbulunu keçirib...
   


ƏDLİYYƏ İNFRASTRUKTURU MÜASİRLƏŞDİRİLİR 29.09.2016
Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin təkmilləşdirilməsi üzrə genişmiqyaslı islahatlar aparılır, insan hüquqlarının etibarlı təmin olunması, vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, onlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə ədliyyə infrastrukturunun müasirləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür.

Həyata keçirilən islahatlar çərçivəsində son illər Ədliyyə Nazirliyinin yerli qurumları, o cümlədən regional ədliyyə şöbələri, icra və qeydiyyat orqanları üçün müasir informasiya texnologiyaları ilə təchiz olunmuş yeni inzibati binalar inşa olunaraq istifadəyə verilib. Bu ayın əvvəlində dövlət başçısının Xaçmaz rayonuna səfəri çərçivəsində Nikah Evinin binasının açılışını etməsi xüsusilə əlamətdar olmaqla ədliyyə işçiləri tərəfindən dərin minnətdarlıq və iftixar hissi ilə qarşılanıb...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ İLƏ GÖRÜŞ 21.09.2016
Sentyabrın 21-də ədliyyə naziri Fikrət Məmmədov Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan səfiri İsmail Alper Coşkun ilə görüşüb.

Dost və qardaş ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən nazir bu münasibətlərin xalqlarımızın ümumi milli mənafelərinə uyğun daha da möhkəmləndiyini vurğulayıb, Türkiyənin bu ilin iyul ayında baş vermiş dövlət çevrilişinə cəhdin qarşısının qətiyyətlə alınaraq demokratiya yolu ilə uğurla inkişaf etdiyini qeyd edib.
   


 Səhifə:   Birinci ... 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 ... Son


 




© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az