Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  

ƏSAS SƏHİFƏ

AZƏRBAYCAN VƏ BOLQARISTAN HÜQUQİ SAHƏDƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIQ EDİR 12.06.2017
İyunun 12-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov respublikamızda səfərdə olan Bolqarıstanın Baş prokuroru Sotir Tsatsarovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan və Bolqarıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, bu əlaqələrin dərinləşməsində dövlət başçılarının xüsusi rolu və qarşılıqlı səfərlərin mühüm əhəmiyyəti vurğulanıb. Həmçinin ölkələrimizin zəngin müqavilə bazasına söykənən hüquqi sahədə əməkdaşlığına toxunularaq qarşılıqlı fəaliyyətin perspektivləri, hər iki dövlətdə məhkəmə-hüquq sistemində aparılan....
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ LERİK RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİB 08.06.2017
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyunun 8-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Lerik rayonu Mədəniyyət Mərkəzində Lənkəran, Astara, Lerik və digər rayon və şəhərlərdən olan vətəndaşların qəbulunu keçirib...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASINN SƏDRİNİN GÖRÜŞLƏRİ OLUB 06.06.2017
İyunun 6-da Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərlərinin və ombudsmanlarının üçüncü iclasında iştirak edən ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının vitse-prezidenti Fikrət Məmmədov tədbir çərçivəsində bir sıra görüşlər keçirib...
   


HAKİMLİYƏ NAMİZƏDLƏR TÜRKİYƏDƏ TƏLİM KEÇİBLƏR 02.06.2017
Ölkə Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dair tapşırıqlarına uyğun olaraq hakim korpusunun yüksək hazırlıqlı hüquqşünaslar hesabına formalaşdırılması ilə bağlı tədbirlər görülür, bu məqsədilə Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçim qaydası tətbiq olunur.

Hazırda çoxmərhələli prosedurlara uyğun aparılmış növbəti seçim zamanı uğur qazanmış 126 nəfər namizəd lazımi biliyə və peşə hazırlığına yiyələnmələri üçün Ədliyyə Akademiyasında bir illik nəzəri və təcrübi kurs keçirlər. Kurs zamanı onların, həmçinin beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetirilir.
   


ALMANİYA İLƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIQ EDİLİR 31.05.2017
Mayın 30-31-də Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (İRZ) icraçı direktoru xanım Veronika Keller-Engels başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycanda səfərdə olub.

İRZ təmsilçiləri əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini yad ediblər. Qonaqlar həmçinin, Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət ediblər.

Səfər zamanı ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov İRZ-nin nümayəndə heyəti ilə görüşüb...
   


AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 31.05.2017
Bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 112-ci maddələrini rəhbər tutaraq qərara alıram...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ TOVUZ RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİB 26.05.2017
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mayın 26-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Tovuz rayonu Olimpiya İdman Kompleksində Tovuz, Şəmkir, Gədəbəy və digər rayon və şəhərlərdən olan vətəndaşların qəbulunu keçirib.
   


 Səhifə:   1 | 2 | 3 | 4 | 5 | 6 ... Son


 




© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az