Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  

ƏSAS SƏHİFƏ

MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ GÖYÇAYDA VƏTƏNDAŞLARI QƏBUL EDİB 04.07.2018
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyulun 4-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Göyçay rayonu Heydər Əliyev Mərkəzində Göyçay, Ağdaş və İsmayıllı rayonlarından olan vətəndaşların qəbulunu keçirib...
   


AZƏRBAYCANLI HAKİM AVROPA ŞURASININ MÜKAFATI İLƏ TƏLTİF OLUNUB 03.07.2018
Strasburqda Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (SEPEJ-in) geniş tərkibdə növbəti plenar iclası keçirilib.

İclasda Avropa Şurasının 47 üzv dövlətini təmsil edən nümayəndələr, ədalət mühakiməsi sahəsində ixtisaslaşan müxtəlif beynəlxalq təşkilatların rəsmiləri və Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

Plenar iclas çərçivəsində Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (SEPEJ) yaradılmasının 15 illiyinin qeyd olunması mərasimi keçirilib. Avropa Şurasının baş katibinin müavini Qabriella Battaini-Draqoni iclası açaraq SEPEJ-in 15 il ərzində əldə etdiyi nailiyyətlər münasibətilə tədbir iştirakçılarını təbrik edib. Avropada ədliyyənin inkişafı işində səmərəli və fasiləsiz fəaliyyət göstərmiş beş ölkənin...
   


ƏLCƏZAİR İLƏ İLK DÖVLƏTLƏRARASI MÜQAVİLƏ İMZALANIB 21.06.2018
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan hərtərəfli islahatlar çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən mütərəqqi beynəlxalq təcrübəyə böyük əhəmiyyət verilir, bu məqsədlə bir çox xarici dövlətlərin Ədliyyə nazirlikləri ilə səmərəli ikitərəfli əlaqələr qurulub.

Ötən il respublikamızın ədliyyə nazirinin Əlcəzair Xalq Demokratik Respublikasına səfəri zamanı Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması iki ölkə arasında bağlanmış ilk sənəd olmaqla ikitərəfli münasibətlərin inkişafına təkan verib. Eyni zamanda, ekstradisiya haqqında müqavilə layihəsi hazırlanaraq razılaşdırılıb və Əlcəzair Ədliyyə Nazirliyi nümayəndə heyətinin cari ilin əvvəlində ölkəmizə səfəri zamanı paraflanıb.

Həmin sənədin imzalanması məqsədilə Əlcəzair Xalq Demokratik Respublikasının ədliyyə naziri Tayeb Louh nümayəndə heyəti ilə Azərbaycana rəsmi səfərə gəlib...
   


DÜNYA BANKI İLƏ ƏDLİYYƏ SAHƏSINDƏ BİRGƏ LAYİHƏLƏR UĞURLA HƏYATA KEÇİRİLİR 14.06.2018
Son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edən islahatlar aparılır, ədalət mühakiməsinə çatımlılıq, vətəndaşların məhkəmələrə müraciət imkanları asanlaşdırılır, məhkəmə infrastrukturunun yüksək statusuna uyğun müasirləşdirilməsi və "elektron məhkəmə" informasiya sisteminin tətbiqi üzrə ardıcıl tədbirlər görülür.

Bu sahədə islahatlara nüfuzlu beynəlxalq qurumlar tərəfindən də böyük maraq göstərilir, Dünya Bankı ölkəmizdə məhkəmə-hüquq islahatlarına dəstək göstərərək on ildən artıqdır ki, ədliyyə sisteminin müasirləşdirilməsinə dair birgə layihələr uğurla həyata keçirilir. Bu layihələr çərçivəsində, habelə dövlət büdcəsi hesabına paytaxtda və bölgələrdə 14 məhkəmə üçün yeni, müasir binalar və komplekslər tikilərək istifadəyə verilib, hazırda isə...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ SİYƏZƏNDƏ VƏTƏNDAŞLARI QƏBUL EDİB 06.06.2018
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyunun 6-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Siyəzən rayonu Heydər Əliyev Mərkəzində Siyəzən, Şabran və Xızı rayonlarından olan vətəndaşların qəbulunu keçirib...
   


AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVLƏTÇİLİK TARİXİMİZİN PARLAQ SƏHİFƏLƏRİNDƏNDİR 29.05.2018
Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparmış, Azərbaycan tarixinin əhəmiyyətli və yaddaqalan dövrlərindən olan XX əsrin əvvəllərində, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda istiqlaliyyətini elan etmişdir.

1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmişdir. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etmişdir ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ SALYANDA VƏTƏNDAŞLARI QƏBUL EDİB 16.05.2018
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mayın 16-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Salyan rayonu Heydər Əliyev Mərkəzində Salyan, Neftçala və Hacıqabul rayonlarından olan vətəndaşların qəbulunu keçirib...
   


MƏHKƏMƏLƏR VƏ HAKİMLƏR HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 12.05.2018
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır: ...
   


MƏHKƏMƏLƏR VƏ HAKİMLƏR HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASININ 2018-Cİ İL 4 MAY TARİXLİ 1123-VQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 12.05.2018
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1123-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram: ...
   


ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN İRSİ MİLLİ SƏRVƏTİMİZDİR 10.05.2018
Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə...
   


 Səhifə:   1 | 2 | 3 | 4 | 5 ... Son


 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az