Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  

ƏSAS SƏHİFƏ

ƏDLİYYƏ NAZİRLİYİNDƏ "İNSAN HÜQUQLARININ QORUNMASI MEDİA MÜSTƏVİSİNDƏ" MÖVZUSUNDA KİV-LƏRLƏ GÖRÜŞ KEÇİRİLİB 10.12.2019
Bakı, 10 dekabr, AZƏRTAC

İnsan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi dövlətimizin ən ali məqsədi hesab olunur. Bu məqsədin müəyyənləşdirilməsi, onun həyata keçirilmə mexanizmlərinin işlənilməsi və reallaşdırılması, sözügedən sahədə hüquqi bazanın yaradılması müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

İnsan hüquqlarının təmin olunmasında müstəsna rolu olan məhkəmə hakimiyyətinin KİV ilə əməkdaşlığı müasir dövrdə mühüm əhəmiyyət kəsb edir. Ulu Öndərin 1998-ci ildə imzaladığı senzuranın ləğv olunması ilə bağlı tarixi Fərmanı mətbuatın inkişafı üçün yeni dövr açıb və Azərbaycan mətbuatı tam şəkildə azad...
   


HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ YAZILI İMTAHAN KEÇİRİLƏCƏKDİR 04.12.2019
Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərlə keçirilmiş test imtahanında müvəffəqiyyət qazanmış 108 nəfər namizədlə yazılı imtahan dekabr ayının 14-də, saat 11:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) keçiriləcəkdir.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni Məhkəmə-Hüquq Şurasının İnternet saytı...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASI TƏRƏFİNDƏN VƏTƏNDAŞLARIN MƏHKƏMƏLƏRDƏ QƏBULU CƏDVƏLİ 03.12.2019

Qəbulun tarixi və vaxtı

Qəbulun keçiriləcəyi məhkəmə

1.

13 dekabr, saat 10:00

Goranboy Rayon Məhkəməsi

2.

20 dekabr, saat 10:00

Bakı şəhəri Xətai Rayon Məhkəməsi

3.

27 dekabr, saat 10:00

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi

   


HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI 23.11.2019
Ölkə Prezidenti cənab İlham Əliyevin «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» 03.04.2019-cu il tarixli Fərmanı ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə qarşıda mühüm məsələlər qoyulub, o cümlədən hakimlərin iş yükünün azaldılması, işlərə vaxtında və daha keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb, yeni ixtisaslaşmış məhkəmələr yaradılıb.

Bununla əlaqədar hakimlərin seçimi üzrə açıq müsabiqə elan olunub. 200-dən çox namizədlə test üsulu ilə və yazılı imtahanlar keçirilib, 81 nəfər növbəti...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASININ MƏLUMATI 14.11.2019
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. İclasda çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı sosial-iqtisadi tərəqqisini, ictimai həyatın bütün sahələrində əldə olunan genişmiqyaslı uğurları qeyd edib, «Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanın məhkəmə fəaliyyətinin müasir çağırışlara uyğun qurulmasında müstəsna rolunu vurğulayıb.

Qeyd edilib ki, Fərmanın icrası çərçivəsində 40-dək mühüm normativ aktın layihəsi hazırlanıb, məhkəmə fəaliyyətinin təkmilləşməsinə, hakimlərin müstəqilliyinin möhkəmlənməsinə yönələn bir sıra qanunlar artıq qəbul edilib, digər tədbirlər görülüb. Sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən və çevik baxılmasını təmin etmək məqsədilə yeni ixtisaslaşmış məhkəmələr...
   


HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI 12.11.2019
Ölkə Prezidenti cənab İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanı ilə hakimlərin yüksək iş yükünün azaldılması, işlərə daha tez və keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb, habelə yeni ixtisaslaşmış məhkəmələr yaradılıb.

Bununla əlaqədar Hakimlərin Seçki Komitəsi tərəfindən hakimliyə namizədlərin seçimi prosesinə başlanılıb, 200-dən çox namizədlə keçirilən müsabiqə, o cümlədən test üsulu ilə...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ ASTARA RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİB 06.11.2019
Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq nazirliyin rəhbərliyinin bölgələrdə mütəmadi səyyar qəbulları keçirilir.

Noyabrın 6-da Ədliyyə naziri Fikrət Məmmədov Astara rayonunda Astara, Lənkəran və Lerik rayonlarında yaşayan və digər bölgələrdən olan vətəndaşları
   


HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI 06.11.2019
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə prezidentinin tapşırıqlarına əsasən görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin ən müasir beynəlxalq tələblər səviyyəsində, tam şəffaf prosedurlar əsasında seçimi üzrə müsabiqə davam edir.

Mətbuatda xəbər verildiyi kimi test imtahanında müvəffəqiyyət qazanmış 158 nəfər namizədlə yazılı imtahan keçirilib, imtahan zamanı cinayət və mülki sahələr üzrə 2 kazus xarakterli sual 4 saat ərzində cavablandırılıb. İmtahanı beynəlxalq təşkilat və yerli QHT-lərdən olan çoxsaylı müşahidəçi və KİV nümayəndələri...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASI TƏRƏFİNDƏN VƏTƏNDAŞLARIN MƏHKƏMƏLƏRDƏ QƏBULU CƏDVƏLİ 30.10.2019

Qəbulun tarixi və vaxtı Qəbulun keçiriləcəyi məhkəmə
1. 08 noyabr,
saat 11:00
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi
2. 15 noyabr,
saat 10:00
Quba Rayon Məhkəməsi
3. 22 noyabr,
saat 10:00
Hacıqabul Rayon Məhkəməsi
4. 29 noyabr,
saat 10:00
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi
   


AZƏRBAYCAN AVROPA ŞURASININ DAHA BİR MÜQAVİLƏSİNƏ İMZA ATIB 16.10.2019
Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində regionun ən sabit və təhlükəsiz dövləti olan Azərbaycanda cinayətkarlığa qarşı qəti mübarizə aparılır, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. Ölkəmiz cinayətkarlıqla qlobal mübarizədə fəal iştirak edərək cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya sahəsində konvensiyalardan və ikitərəfli müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla yerinə yetirir.

Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq cinayət hüququnun qədim institutlarından olan cinayət törətmiş şəxslərin təslim edilməsinə – ekstradisiyasına dair bir sıra dövlətlərlə müqavilələr bağlanılıb, habelə MDB çərçivəsində müvafiq konvensiyalar üzrə əməkdaşlıq edilir. Eyni zamanda, dövlətimiz 50 dövlət tərəfindən ratifikasiya olunmuş "Ekstradisiya haqqında"...
   


 Səhifə:   1 | 2 | 3 | 4 | 5 ... Son


 






© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az