Əsas səhifə Saytın xəritəsi Qəbul Axtarış Əlaqə Linklər

    

    
               www.president.az

    

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  

ƏSAS SƏHİFƏ

HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI 15.09.2022
Ölkə Prezidenti cənab İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanına uyğun olaraq məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin və şəffaflığın artırılması üzrə ardıcıl tədbirlər görülüb.

Həmçinin, hakimlərin iş yükünün azaldılması, işlərə daha keyfiyyətlə və çevik baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb. Bununla əlaqədar açıq müsabiqə elan olunaraq namizədlərin sənədlərinin qəbulu fasiləsiz xarakter alıb. Seçim prosesi zamanı hər cür şəffaf və əlverişli şəraitin...
   


ƏDLİYYƏ NAZİRLİYİNİN ELEKTRON İNFORMASİYA SİSTEMLƏRİNİN YENİ DATA MƏRKƏZİNƏ KÖÇÜRÜLMƏSİ İLƏ ƏLAQƏDAR 15.09.2022
MƏLUMAT



Ədliyyə Nazirliyi tərəfindən aparılan elektron informasiya resurslarının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıqda yeni qurulmuş, “TİER III” Beynəlxalq dayanıqlılıq və etibarlılıq keyfiyyət standartı üzrə sertifikatlaşdırılmış data mərkəzinə köçürülməsi ilə əlaqədar texniki işlər davam...
   


HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ YAZILI İMTAHAN KEÇİRİLƏCƏKDİR 01.09.2022
Hakimlərin Seçki Komitəsi bildirir ki, test imtahanında müvəffəqiyyət qazanmış hakimliyə namizədlərlə yazılı imtahan sentyabr ayının 15-də, saat 11:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) keçiriləcəkdir.

Namizədlər «İmtahana buraxılış vərəqəsi»ni Məhkəmə-Hüquq Şurasının...
   


ƏDLİYYƏ VƏ MƏHKƏMƏ FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ ÜZRƏ TƏDBİRLƏR VƏTƏNDAŞ MƏMNUNLUĞUNU ARTIRIR 30.08.2022
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və vətəndaşların bölgələrdə qəbulu cədvəlinə uyğun olaraq ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Şirvan şəhərində Şirvan, Hacıqabul, Salyan və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, xüsusilə Vətən müharibəsi iştirakçılarının, qazilərin və şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşılıb, ədliyyə fəaliyyəti ilə bağlı qaldırılan məsələlərin bəzilərinin yerindəcə həlli ilə bağlı...
   


ƏDLİYYƏ NAZİRLİYİNİN ELEKTRON İNFORMASİYA SİSTEMLƏRİNİN YENİ DATA MƏRKƏZİNƏ KÖÇÜRÜLMƏSİ İLƏ ƏLAQƏDAR MƏLUMAT 04.08.2022
Ədliyyə Nazirliyi tərəfindən aparılan elektron informasiya resurslarının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıqda yeni qurulmuş, “TİER III” Beynəlxalq dayanıqlılıq və etibarlılıq keyfiyyət standartı üzrə sertifikatlaşdırılmış data mərkəzinə köçürülməsi ilə əlaqədar texniki işlər həyata keçiriləcəkdir.

Həmin işlərin birinci mərhələsi çərçivəsində 5 avqust (iş saatlarından sonra) və qeyri iş günləri olan 6 və 7 avqust tarixlərində “Elektron məhkəmə”, “Elektron icra” və “E-qanun” informasiya sistemlərinin fəaliyyətində dayanmalar gözlənilir...
   


REGİONAL APELLYASİYA MƏHKƏMƏLƏRİNİN 15 İLLİYİNƏ HƏSR OLUNMUŞ “AZƏRBAYCAN RESPUBLİKASINDA HƏYATA KEÇİRİLƏN MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARININ MÜTƏRƏQQİ NƏTİCƏLƏRİ» MÖVZUSUNDA ŞUŞA KONFRANSI İŞTİRAKÇILARININ MÜRACİƏTİ 27.07.2022
Möhtərəm cənab Prezident!

Məhkəmə-hüquq islahatlarına həsr edilən Şuşa Konfransının iştirakçıları bu tədbirin mədəniyyət paytaxtımız, qədim Şuşa şəhərində keçirilməsindən xüsusi qürur duyur, bu günləri xalqımıza yaşatdığınıza görə Sizə dərin ehtiramlarını ifadə edirlər.

Yenilməz sərkərdəliyinizlə müqəddəs torpaqlarımızı düşmən tapdağından azad etməklə Siz Ulu Öndər Heydər Əliyevin ən ümdə vəsiyyətini və bütün xalqımızın arzusunu reallığa çevirərək Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmısınız.

Bu gün doğma torpaqlarımızda Zati-alilərinizin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə nəhəng bərpa-quruculuq işləri...
   


HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI 26.07.2022
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə Prezidentinin tapşırıqlarının icrası çərçivəsində ardıcıl tədbirlər görülür.

Mətbuatda xəbər verildiyi kimi test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək, ilkin tədris kursunu başa vurmuş 46 nəfər hakimliyə namizədin peşə hazırlığının yoxlanılması məqsədilə yazılı imtahan keçirilib.

Həmin imtahan zamanı namizədlər məhkəmə qərarlarının layihələrini tərtib etmək bacarıqlarını nümayiş etdiriblər.

İmtahan nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən yoxlanılıb və...
   


FİKRƏT MƏMMƏDOV: ŞUŞA KONFRANSI MƏHKƏMƏ-HÜQUQ SİSTEMİMİZİN YENİ ÇAĞIRIŞLARA UYĞUN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ XİDMƏT EDƏCƏK 25.07.2022
Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımıza yaşatdığı Böyük Qələbənin sevincini bu gün azad edilmiş torpaqlarımızda, Qarabağımızın tacı qədim Şuşa şəhərində yaşamaqdan yüksək qürur hissləri keçiririk. Burada olmaq, Şuşamızı azad görmək bizlərə də nəsib oldu. Bu gün doğma torpaqlarımızda, o cümlədən Şuşamızda Prezidentin rəhbərliyi ilə aparılan misilsiz quruculuq işlərinin əyani şahidi olduq. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr çərçivəsində yenidən bərpa olunan qədim tarixi, mədəni və dini abidələrimizlə tanışlıq hər birimizdə xoş və unudulmaz...
   


MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARINA HƏSR OLUNAN ŞUŞA KONFRANSI KEÇİRİLİB 25.07.2022
Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində Böyük Qələbə qazanan ölkəmiz özünün ən qüdrətli dövrünü yaşayır, azad edilmiş ərazilərimiz nəhəng bərpa-quruculuq işləri aparılmaqla yenidən dirçəlir. 2022-ci il “Şuşa İli” elan olunaraq 270 illiyini qeyd etdiyimiz Qarabağın tacı, mədəniyyət paytaxtımızda “Xarıbülbül” Beynəlxalq Festivalı, Vaqif Poeziya Günləri və digər mötəbər tədbirlər təşkil olunur.

“Şuşa İli” çərçivəsində iyulun 25-də Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə regional apellyasiya məhkəmələrinin 15 illiyinə həsr olunmuş “Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatlarının mütərəqqi nəticələri” mövzusunda Şuşa konfransı...
   


BAKI APELLYASİYA MƏHKƏMƏSİNİN HAKİMİ ELMİRA EYVAZ QIZI NAĞIYEVANIN SƏLAHİYYƏTLƏRİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI 08.07.2022
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü maddəsinin ikinci hissəsinin 12-ci bəndinə və 114-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: ...
   


 Səhifə:   Birinci ... 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 ... Son


 














© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az