Əsas səhifə Saytın xəritəsi Qəbul Axtarış Əlaqə Linklər

    

    
               www.president.az

    

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  

ƏSAS SƏHİFƏ

AZƏRBAYCAN ALİ MƏHKƏMƏSİNİN YARADILMASININ 100 İLLİYİ MÜNASİBƏTİLƏ BİR QRUP ŞƏXSİN TƏLTİF EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 11.02.2023
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan Ali Məhkəməsinin yaradılmasının 100 illiyi münasibətilə qərara alıram:

Məhkəmə orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər...
   


HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI 31.01.2023
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə prezidentinin tapşırıqlarına əsasən görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin ən müasir beynəlxalq tələblər səviyyəsində, tam şəffaf prosedurlar əsasında seçimi davam edir.

Müsabiqə çərçivəsində test imtahanında müvəffəqiyyət qazanmış 107 nəfər namizədlə yazılı imtahan keçirilmiş, imtahan zamanı cinayət və mülki sahələr üzrə 2 kazus xarakterli sual 4 saat ərzində cavablandırılmışdır.

Hakimliyə namizədlərin cavab vərəqələri kodlaşdırılaraq anonim qaydada, ikiqat üsulla Hakimlərin Seçki Komitəsinin üzvləri...
   


MƏHKƏMƏ FƏALİYYƏTİ TƏKMİLLƏŞDİRİLİR 30.01.2023
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq ardıcıl tədbirlər görülür.

Dövlət başçısının 03.04.2019-cu il tarixli Fərmanı ilə artırılmış 200 hakim ştatı üzrə hakimliyə namizədlərin davamlı və daha çevik seçim prosesi aparılaraq 123 nəfər yeni nəsil hüquqşünaslar seçilib hakim vəzifəsinə təyin ediliblər. Eyni zamanda hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi olaraq ötən dövrdə yüksək bilik və bacarığı, peşəkarlığı və mənəvi saflığı ilə fərqlənən 100-dən çox hakim yuxarı məhkəmə instansiyalarına...
   


NEFTÇALADA VƏTƏNDAŞLARIN QƏBULU KEÇİRİLİB 18.01.2023
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov bölgə vətəndaşlarının qəbulu məqsədilə yanvarın 18-də Neftçalada səfərdə olub.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib. Sonra Neftçala şəhəri Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən maraqlı eksponatlarla tanışlıq olub.

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Heydər Əliyev Mərkəzində Neftçala, Salyan, Biləsuvar və digər rayonlardan olan vətəndaşların...
   


HAKİMLİYƏ NAMİZƏDLƏRİN TƏDRİS KURSU HÜQUQ SİSTEMİMİZDƏ HEYDƏR ƏLİYEV DÜHASI MÖVZUSU İLƏ BAŞLADI 18.01.2023
Ölkə Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanı ilə ayrılmış 200 hakim ştatının doldurulması ilə bağlı hakimliyə namizədlərin fasiləsiz seçimi davam edir.

Hazırda 300-dən çox namizəd ...
   


YENİ TƏYİNAT ALAN HAKİMLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB 17.01.2023
Hər bir demokratik cəmiyyətdə mühüm rol oynayan məhkəmə hakimiyyətinin möhkəmləndirilməsinə ölkəmizdə daim xüsusi önəm verilir. Bu sahədə köklü mütərəqqi islahatların müəllifi olan ulu öndər Heydər Əliyevin müasir hüquq, o cümlədən məhkəmə sisteminin inkişafında müstəsna xidmətləri danılmazdır. İnsan hüquqlarının etibarlı təminatına xidmət edən yeni, üçpilləli müstəqil məhkəmə hakimiyyətinin bərqərar edilməsi məhz dahi Heydər Əliyevin adı ilə bağlıdır.

Təməli Ümummilli Lider tərəfindən qoyulmuş bu islahatlar ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun inkişaf etdirilir, dövlət başçısının imzaladığı və mühüm "yol xəritəsi" olan 2019-cu il 3 aprel tarixli Fərmanı məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə rəvac verərək...
   


MƏHKƏMƏ KORPUSU YENİ NƏSİL GƏNC HAKİMLƏR HESABINA MÖHKƏMLƏNDİRİLİR 12.01.2023
Ölkə Prezidentinin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında 03.04.2019-cu il tarixli Fərmanı ilə əlavə ayrılmış 200 hakim ştatının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür.

Belə ki, Avropada şəffaflığı ilə fərqlənən hakimliyə namizədlərin seçimi prosedurumuz daha da təkmilləşdirilib, müasir İKT imkanlarından istifadə edilməklə hər bir namizədin sualları fərdi qaydada, kompüter vasitəsilə
   


BİR SIRA BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏLƏRİ HAKİMLƏRİNİN TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 12.01.2023
Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilsinlər:

ağır cinayətlər məhkəmələri üzrə:...
   


HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI 09.01.2023
Ölkə Prezidenti cənab İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tövsiyə və tapşırıqları üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi davam edir.

Test üsulu ilə və yazılı imtahanlarda müvəffəqiyyət qazanmış 54 nəfər namizədlə Hakimlərin Seçki Komitəsi tərəfindən şifahi imtahanlar keçirilib. İmtahanlar zamanı namizədlərə hüququn müxtəlif sahələrinə dair 5 sual verilib və onların hər biri...
   


MƏHKƏMƏ FƏALİYYƏTİ TƏKMİLLƏŞDİRİLİR 28.12.2022
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidenti cənab İlham Əliyevin 03.04.2019-cu il tarixli Fərmanı ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə mühüm “yol xəritəsi” olmaqla işin müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasını, hüquqların məhkəmə müdafiəsinin güclənməsini şərtləndirir.

Fərmanın icrası ilə bağlı məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, məhkəmə icraatında çevikliyin...
   


 Səhifə:   Birinci ... 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 ... Son


 














© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az