Əsas səhifə Saytın xəritəsi Qəbul Axtarış Əlaqə Linklər

    

    
               www.president.az

    

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  

ƏSAS SƏHİFƏ

S.İ.BƏKTAŞİNİN NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN SƏDRİ TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 28.02.2023
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Səadət İnayət qızı Bəktaşi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin...
   


S.İ.BƏKTAŞİNİN NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN HAKİMİ TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI 24.02.2023
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Bakı Apellyasiya Məhkəməsinin hakimi...
   


AZƏRBAYCAN MƏHKƏMƏLƏRİN SƏMƏRƏLİLİK GÖSTƏRİCİLƏRİNƏ GÖRƏ BİR ÇOX İNKİŞAF ETMİŞ AVROPA DÖVLƏTLƏRİNİ QABAQLAYIB 22.02.2023
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. İclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ötən ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək müstəqil dövlətimizin banisi, bu il 100 illiyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin dövlət inkişafı kursunun ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilərək respublikamızın hərtərəfli davamlı tərəqqisini qeyd edib, Ulu Öndərin ən ümdə vəsiyyəti olan doğma torpaqlarımızın Vətən müharibəsində şanlı qələbəmizlə azad...
   


YEVLAXDA VƏTƏNDAŞLARIN QƏBULU KEÇİRİLİB 15.02.2023
Fevralın 15-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov tərəfindən Yevlax rayonunda bölgə vətəndaşlarının qəbulu keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Mingəçevir şəhəri, Yevlax, Bərdə və digər rayonlardan olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı...
   


ВЕЛИЧИЕ ОБЩЕНАЦИОНАЛЬНОГО ЛИДЕРА ГЕЙДАРА АЛИЕВА ПРОЯВИЛОСЬ И В ПРОВЕДЕНИИ СУДЕБНЫХ РЕФОРМ 14.02.2023
Верховный Суд
Азербайджанской Республики – 100


По случаю 100-летия общенационального лидера Гейдара Алиева, в знак глубокого уважения к светлой памяти этой гениальной личности, Президент страны господин Ильхам Алиев объявил 2023 год - «Годом Гейдара Алиева», в связи с чем определены и проводятся самые разноплановые мероприятия.

Заслуги основателя нашего современного независимого государства Гейдара Алиева перед нашим народом и государством неоценимы. Именно с именем Общенационального лидера связано становление судебно-правовой системы нашей страны на основе демократических...
   


MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARINDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEV DÜHASI 14.02.2023
Azərbaycan Respublikası
Ali Məhkəməsi – 100


Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı çoxşaxəli tədbirlər müəyyən edilərək həyata keçirilir.

Müasir müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir. Ölkəmizin məhkəmə-hüquq sisteminin demokratik prinsiplər əsasında bərqərar edilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə...
   


AZƏRBAYCAN ALİ MƏHKƏMƏSİNİN YARADILMASININ 100 İLLİYİ MÜNASİBƏTİLƏ BİR QRUP ŞƏXSİN TƏLTİF EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 11.02.2023
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan Ali Məhkəməsinin yaradılmasının 100 illiyi münasibətilə qərara alıram:

Məhkəmə orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər...
   


HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI 31.01.2023
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə prezidentinin tapşırıqlarına əsasən görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin ən müasir beynəlxalq tələblər səviyyəsində, tam şəffaf prosedurlar əsasında seçimi davam edir.

Müsabiqə çərçivəsində test imtahanında müvəffəqiyyət qazanmış 107 nəfər namizədlə yazılı imtahan keçirilmiş, imtahan zamanı cinayət və mülki sahələr üzrə 2 kazus xarakterli sual 4 saat ərzində cavablandırılmışdır.

Hakimliyə namizədlərin cavab vərəqələri kodlaşdırılaraq anonim qaydada, ikiqat üsulla Hakimlərin Seçki Komitəsinin üzvləri...
   


MƏHKƏMƏ FƏALİYYƏTİ TƏKMİLLƏŞDİRİLİR 30.01.2023
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq ardıcıl tədbirlər görülür.

Dövlət başçısının 03.04.2019-cu il tarixli Fərmanı ilə artırılmış 200 hakim ştatı üzrə hakimliyə namizədlərin davamlı və daha çevik seçim prosesi aparılaraq 123 nəfər yeni nəsil hüquqşünaslar seçilib hakim vəzifəsinə təyin ediliblər. Eyni zamanda hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi olaraq ötən dövrdə yüksək bilik və bacarığı, peşəkarlığı və mənəvi saflığı ilə fərqlənən 100-dən çox hakim yuxarı məhkəmə instansiyalarına...
   


NEFTÇALADA VƏTƏNDAŞLARIN QƏBULU KEÇİRİLİB 18.01.2023
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov bölgə vətəndaşlarının qəbulu məqsədilə yanvarın 18-də Neftçalada səfərdə olub.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib. Sonra Neftçala şəhəri Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən maraqlı eksponatlarla tanışlıq olub.

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Heydər Əliyev Mərkəzində Neftçala, Salyan, Biləsuvar və digər rayonlardan olan vətəndaşların...
   


 Səhifə:   1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 ... Son


 














© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az