“Elektron məhkəmə” informasiya sisteminin ölkə üzrə tam tətbiqinə başlanılması əlamətdar hadisədir. Bizim üçün isə ikiqat əlamətdardır ki, bu hadisə 100 illiyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıtmasının və bununla bağlı qeyd etdiyimiz Milli Qurtuluş gününün 30 illiyi dövrünə təsadüf edir.
Ulu Öndər müstəqil Azərbaycan dövlətinin banisi olmaqla yanaşı, həm də müasir demokratik...
Test üsulu ilə, habelə yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 33 nəfər hakimliyə namizədlə ilkin tədris kursu başa çatmışdır.
Hakimlərin Seçki Komitəsi bildirir ki, həmin namizədlərlə tədrisin nəticələri üzrə yazılı imtahan iyun ayının 03-də, saat 10:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) təşkil...
Mayın 12-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Tərtər rayonunda vətəndaşları qəbul edib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Dövlət başçısının tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Tərtər, Ağdam, Bərdə və digər rayonlardan olan vətəndaşların ədliyyə fəaliyyətinə dair müraciətləri diqqətlə...
Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Bildiyiniz kimi, 2023-cü il mənim Sərəncamımla “Heydər Əliyev İli” elan olunmuşdur. İlin əvvəlindən bu günə qədər və ilin sonuna qədər həm ölkəmizdə, həm müxtəlif ölkələrdə bir çox tədbirlər keçirilmişdir və keçiriləcəkdir. Azərbaycan öz böyük oğlunun xatirəsinə böyük hörmətlə yanaşır.
Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada...
Prezident İlham Əliyev tərəfindən bu il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Müasir müstəqil dövlətimizin banisi, Ümummilli Liderin 100 illik yubileyi ədliyyə orqanlarında geniş qeyd edilir.
Bu münasibətlə mayın 4-də Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Fairmont Baku” hotelində “Heydər Əliyev və məhkəmə-hüquq islahatları: tarix, zaman və nailiyyətlər” mövzusunda geniş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ədliyyə naziri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri İnam Kərimov, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Ədliyyə Nazirliyinin rəhbər və məsul...
Xəbər verildiyi kimi, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Honq-Konqda Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) tədbirlərində iştirak edib, bir sıra rəsmilərlə görüşlər keçirib.
Çinin Honq-Konq xüsusi inzibati regionunun başçısı IAACA-nın rəhbər şəxsləri ilə görüşüb. Ölkəmizin ədliyyə nazirinin iştirak etdiyi görüşdə Honq-Konqun rəhbəri Con Li korrupsiya qarşı qlobal mübarizədə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bu sahədə Assosiasiyanın rolunu yüksək qiymətləndirib, təşkilatın fəaliyyətinə...
Aprelin 11-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Sabirabad rayonunda Sabirabad, Saatlı, İmişli və digər rayonlardan olan vətəndaşların qəbulunu keçirib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Dövlət başçısının tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda hər bir vətəndaş diqqətlə dinlənilərək, müraciətləri ilə bağlı aidiyyəti tapşırıqlar...
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 131-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 93-4-cü maddəsinin birinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi...
Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov martın 10-da Oğuz rayonunda ədliyyə fəaliyyəti ilə bağlı Oğuz, Qəbələ, Ağdaş və digər rayonlardan olan vətəndaşların qəbulunu keçirib.
Əvvəlcə xalqımızın ümummilli lideri, bu il 100 illiyini qeyd etdiyimiz Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram...