Hakimlərin Seçki Komitəsi bildirir ki, test imtahanında müvəffəqiyyət qazanmış hakimliyə namizədlərlə yazılı imtahan avqust ayının 4-də, saat 10:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanı) keçiriləcəkdir.
Namizədlər “imtahana buraxılış vərəqəsi”ni Məhkəmə-Hüquq Şurasının internet saytı vasitəsilə...
Ölkə Prezidenti cənab İlham Əliyevin «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» 2019-cu il 03 aprel tarixli Fərmanı ilə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə qarşıda mühüm məsələlər qoyulub, o cümlədən hakimlərin iş yükünün azaldılması, işlərə vaxtında və daha keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb.
Fərmana uyğun olaraq hakimliyə namizədlərin seçimi təkmilləşdirilərək davamlı xarakter alıb və müasir texnologiyaların tətbiqi...
2023-cü ilin iyulun 14-də Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilib. Əvvəlcə, Məhkəmə-Hüquq Şurasının 13 iyul tarixli iclasında Komitəyə yeni seçilmiş üzvlər təqdim olunub, onlara fəaliyyətlərində uğurlar arzu edilib.
Sonra Komitə üzvlərinin yekdil səsi ilə Ali Məhkəmənin hakimi...
2023-cü il iyulun 13-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmə sisteminin müasir dövrün çağırışlarına uyğun təkmilləşdirilməsinin zəruriliyini vurğulayıb, bu istiqamətdə qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Sonra iclasda gündəlikdəki məsələlər üzrə məruzələr dinlənilib, məhkəmə sisteminin səmərəliliyinin artırılması...
Hakimliyə namizədlərin seçilməsi prosesi ilə bağlı 300-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini təqdim ediblər.
Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərlə test imtahanı cari ilin iyul ayının 16-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcəkdir...
2023-cü il iyunun 24-də Məhkəmə-Hüquq Şurasının yeni tərkibdə ilk iclası keçirilib.
İclasda Məhkəmə-Hüquq Şurasının sədrliyinə Şuranın üzvü İnam Kərimovun namizədliyi irəli sürülərək səsverməyə qoyulub. Şura üzvlərinin yekdil səsi ilə İnam Kərimov Məhkəmə-Hüquq Şurasının sədri seçilib.
Göstərilən yüksək etimada görə Şuranın üzvlərinə təşəkkürünü bildirən İnam Kərimov qeyd edib ki, əsası Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev tərəfindən qoyulan məhkəmə-hüquq islahatları...
Dövlət başçısının rəhbərliyi ilə məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların davamı olaraq “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunu məhkəmə sisteminin müstəqilliyinin daha səmərəli şəkildə təmin edilməsi məqsədilə təkmilləşdirilmiş, şurada icra hakimiyyəti orqanlarının nümayəndələrinin sayı azaldılmaqla, hakim üzvlərinin sayı artırılmış, habelə hüquqşünas alimin və hüquq ictimaiyyətinin nümayəndəsinin təmsil olunması...
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 905-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki, “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini...
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 8, № 8, maddə 686; 2006, № 1, maddə 4; 2007, № 4, maddə 321; 2010, № 7, maddə 596; 2011, № 2, maddə 71, № 6, maddə 484; 2012, № 12, maddə 1228; 2013, № 12, maddə 1467; 2014, № 7, maddə 783; 2015, № 2, maddə 99, № 4, maddə...
Dövlət başçısının məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı Fərmanına uyğun olaraq vakant hakim vəzifələrinin, o cümlədən yeni ayrılmış hakim ştatlarının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına və çevik komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür.
Son illər yeni nəsl hakim korpusunun formalaşdırılması məqsədilə 1200-dək hakimliyə namizədlə şəffaf prosedurlarla seçim prosesi keçirilmiş, 123 nəfər müxtəlif hakim vəzifələrinə təyin edilmişdir. 350-dən çox namizəd isə seçim prosesinin müxtəlif...