Əsas səhifə Saytın xəritəsi Qəbul Axtarış Əlaqə Linklər

    

    
               www.president.az

    

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  

ƏSAS SƏHİFƏ

HAKİMLİYƏ NAMİZƏDLƏR TÜRKİYƏDƏ TƏLİM SƏFƏRİNDƏ OLUBLAR 04.12.2023
Hazırda vakant olan hakim ştatlarının yüksək biliyə və mənəvi keyfiyyətlərə malik gənc hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə imtahanların keçirilməsi davam etdirilir. Seçim prosesinin sürətləndirilməsi və namizədlər üçün daha əlverişli şəraitin yaradılması istiqamətində Şura tərəfindən ardıcıl addımlar atılır.

Yazılı və şifahi imtahandan müvəffəqiyyətlə keçmiş və ilkin uzunmüddətli tədris kurslarına göndərilən 28 nəfər...

   


HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN ÜZVÜ ZAHİD MƏMMƏDOV HİNDİSTANDA BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB 30.11.2023
Məhkəmə-Hüquq Şurasının Aparatına ezam olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Zahid Məmmədov 27-28 noyabr 2023-cü il tarixlərində Hindistanın Nyu Dehli şəhərində keçirilən “Hüquqi yardıma çıxış üzrə 1-ci regional konfrans: Qlobal cənubda ədalət sisteminə çıxışın genişləndirilməsi” adlı beynəlxalq konfransda iştirak edib.

Hindistanın Milli Hüquqi Xidmətlər İdarəsi, BMT İnkişaf Proqramı, BMT Uşaq Fondu və Beynəlxalq Hüquq Fondu tərəfindən təşkil olunan tədbirdə Asiya və Afrika ölkələrindən olan...
   


ŞƏKİDƏ VƏTƏNDAŞLARIN QƏBULU KEÇİRİLİB 23.11.2023
Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, noyabrın 23-də Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Şəki şəhərində vətəndaşları qəbul edib.

Şəki Məhkəmə Kompleksində baş tutan qəbulda vətəndaşlar dinlənilib, məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərə baxılaraq qaldırılan bəzi məsələlərə yerindəcə izahlar verilib, digər müraciətlər üzrə Məhkəmə-Hüquq Şurası Aparatının qəbulda iştirak edən məsul işçilərinə müvafiq tapşırıqlar...
   


HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI 22.11.2023
Hakimlərin Seçki Komitəsi bildirir ki, test imtahanında müvəffəqiyyət qazanmış 163 nəfər hakimliyə namizədlə yazılı imtahan dekabr ayının 22-də saat 11:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanı) keçiriləcəkdir.

“Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na uyğun olaraq yazılı imtahan ilk dəfə olaraq elektron qaydada...
   


HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ TEST İMTAHANI KEÇİRİLİB 03.11.2023
Ölkə Prezidenti cənab İlham Əliyevin «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» 2019-cu il 03 aprel tarixli Fərmanı ilə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qarşıda mühüm məsələlər qoyulub, o cümlədən hakimlərin iş yükünün azaldılması, işlərə vaxtında və daha keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb.

Vakant hakim ştatının yüksək biliyə və mənəvi keyfiyyətlərə malik gənc hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə hakimlərin seçim prosesinin daha da sürətləndirilməsi, imtahan mərhələlərinin sayının azaldılması və namizədlər üçün daha əlverişli şəraitin yaradılması ilə bağlı Məhkəmə-Hüquq Şurası tərəfindən müvafiq işlər...
   


MƏHKƏMƏ-HÜQUQ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB 31.10.2023
2023-cü il oktyabrın 31-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxışında ədalət mühakiməsi və məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə qarşıda duran vəzifələri diqqətə çatdırıb, bu istiqamətdə görülmüş işlər barədə məlumat verib. Sonra hakimlər tərəfindən təqdim olunmuş təkliflər müzakirəyə...
   


GÖYGÖL ŞƏHƏRİNDƏ VƏTƏNDAŞLARIN QƏBULU KEÇİRİLİB 26.10.2023
Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq oktyabrın 26-da Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Göygöl şəhərində vətəndaşları qəbul edib.

Qəbulda hər bir vətəndaş dinlənilib, məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərə baxılaraq qaldırılan bəzi məsələlərə yerindəcə izah verilib, digər müraciətlər üzrə Məhkəmə-Hüquq Şurası Aparatının qəbulda iştirak edən məsul işçilərinə müvafiq tapşırıqlar...
   


HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI 23.10.2023
Hakimliyə namizədlərin seçilməsi prosesi ilə bağlı 300-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini təqdim ediblər.

Hakimlərin Seçki Komitəsi bildirir ki, həmin namizədlərlə test imtahanı cari ilin noyabr ayının 03-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2 növbədə...
   


TÜRK DÖVLƏTLƏRİ ALİ MƏHKƏMƏLƏRİNİN KONFRANSI TƏSİS EDİLİB 20.10.2023
2023-cü il oktyabrın 19-da Şuşa şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ədalət mühakiməsi və informasiya texnologiyaları: müasir çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

Türkdilli dövlətlərin Ali Məhkəmələrinin sədrlərinin iştirakı ilə keçirilən konfransı giriş sözü ilə açan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov qonaqları “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşa şəhərində salamlamaqdan məmnunluğunu ifadə edib. Sədr bildirib ki, Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlər göstərmiş dahi şəxsiyyət Heydər Əliyev Yeni Azərbaycanın memarıdır. Ulu Öndərin fəaliyyəti Azərbaycanla məhdudlaşmır, beynəlxalq aləmdə böyük nüfuza malik dahi şəxsiyyət türk...
   


ALİ MƏHKƏMƏDƏ YENİ TƏYİN OLUNMUŞ HAKİMLƏRİN ANDİÇMƏ MƏRASİMİ KEÇİRİLİB 17.10.2023
2023-cü il oktyabrın 17-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 11 oktyabr tarixli Sərəncamı ilə birinci instansiya məhkəmələrinə təyinat alan 32 hakimin andiçmə mərasimi keçirilib.

Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar...
   


 Səhifə:   1 | 2 | 3 | 4 | 5 ... Son


 














© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az